Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyin növbəti tədbiri
21-mar, 17:23 234 Gündəm / Cəmiyyət / SosialValideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyi fəaliyyətdə olduğu müddətdə valideynlərinin birindən və yaxud hər ikisindən məhrum olmuş və yoxsul ailələrdən olan uşaqların mədəni sosial problemlərinin həllinə yardımçı olmuş, Vətənə layiqli övladlar olmaqları üçün istiqamətləndirmişdir.
Növbəti tədbirimiz gəlişi ilə insan ruhunda gözəl abu hava yaradan “NOVRUZ” bayramı ilə əlaqədardır. Adət ənənəni özündə yaşadan, xoş əhval ruhiyyə ilə qeyd olunan “NOVRUZ” bayramı ailələrdə uşaqların xoşbəxtliyinə, sevincinə səbəb olur. Ancaq II Vətən müharbəsində Vətəni, Xalqı üçün canını fəda edən ŞƏHİD və QAZİ övladları “NOVRUZ” bayramı günlərində diqqəti içtimayyətin xeyrxaq insanlarından gözləyirlər. Onlara diqqətimiz və qayğımız vacibdir.Savabı böyükdür.Və diqqətimiz sözügedən uşaqların həyatına müsbət təsir edəcək.
Sözügedən uşaqların üzlərinə təbəssüm, qəlblərinə sevinc bəxş etmək üçün Keçəl, kosanın və digər nağıl personallarının iştirakı və “Novruz” hədiyyələri ilə 20 mart 2022-ci il tarixdə "Novruz" bayramını Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyi II Vətən müharibəsinin ŞƏHİD və QAZİ övladları ilə birgə keçirtdi.
VƏTƏN və XALQ Sizə minnətdardı qəhrəman VƏTƏN oğulları.