ƏVƏZOLUNMAZ DÖVLƏT XADİMİ
15-iyn, 13:00 180 Gündəm / Siyasət / Cəmiyyət Azərbaycan yenicə qazandığı müstəqilliyini itirmək ərəfəsində idi. Bir-birini əvəz edən hakimiyyət rəhbərləri cinayətkarlığın kəskin sürətdə artmasının qarşısını saxlaya bilmirdilər. Qanunsuz silahlı dəstələr əhalini qorxu altında saxlayır, talançılıqla məşğul olur, sərhədləri müdafiəsiz qoyaraq ayrı-ayrı şəxslərin göstərişlərini yerinə yetirirdilər.
Belə bir ağır şəraitdən yeganə xilas, nicat yolunu müdrik şəxsiyyət Heydər Əliyevdə görən ziyalılar ulu öndərə müraciət edərək ölkəyə rəhbərliyə, Azərbaycanı yaxınlaşmaqda olan fəlakətdən xilas etməyə çağırırdı. Ziyalılar ulu öndərə ünvanladıqları müraciətdə yazırdılar: "Möhtərəm Heydər bəy! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında, mənəvi böhran keçirir. Bununda əsas səbəbi respublikada mövcud olan və getdikcə dahada güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idareətmə orqanları Konsttitusiyaya zidd, "real vəziy-yətə uyğun" fəaliyyət göstərməklə, əslində iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüqüqi əsas olmadan yaradılıb fəaliyyət göstərir".
Ziyalılar çox böyük təkidlə xahiş edirdilər ki, uzun illər əldə etdiyi, qazandığı dövlət quruculuğu təcrübəsinə əsaslanaraq Azərbaycana rəhbərlik etməyə razılıq versin və xalqı düçar olduğu bəladan xilas etsin, müstəqilliyimizi möhkəmləndirsin. Ulu öndər xalqın bu çağırışını cavabsız qoymadı. Onda olan Vətən, xalq, millət sevgisi hər şeyə üstün gəldi. "Xalq mənə ümid bəsləyir, məndə bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram" - deyərək hakimiyyətə rəhbərlik etməyə razılıq verdi.
Doğurdan da 1993-cu ilin iyununda Azərbaycan xalqı müstəqilliyinə qovuşmuş dövlətin idarə olunmasını Heydər Əliyevə etibar etdikdə, bu dövlətin taleyi Tanrının ümidinə qalmışdı.
Azərbaycan daha böyük uğurların müəllifi kimi adını dünya tarixinə yazdıracaqdır.
İlk növbədə ona görə ki, Azərbaycan üçün əsas fərqləndirici xüsusiyyətlərdən biri sözügedən sferada yaşanan tərəqqinin dinamik və davamlı xarakter daşıması, kifayət qədər möhkəm özüllər üzərində qurulmasıdır. Bu, qarşıdakı dövr ərzində Azərbaycanın qət edəcəyi iqtisadi tərəqqi yolunun yenə möhtəşəm uğurlarla müşayiət olunacağını, ölkəmizin daha böyük nailiyyətlərə imza atacağını şərtləndirən əsas amillər sırasında yer alır.
Heydər Əliyev Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqlarının 20%-dən çoxunun işğalı, 1 milyondan artıq yerli sakinin didərgin salınaraq çadırlarda yaşaması və digər dövlət əhəmiyyətli məsələlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, yaranmış problemlərin həlli sahəsində çox gərgin və genişmiqyaslı fəaliyyət başlatdı. Onun Azərbaycan Prezidenti kimi BMT-nin sessiyalarında, ATƏT-in zirvə toplantılarında çıxışları, ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Çin, Almaniya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Pakistan, Yaponiya və b. ölkələrə rəsmi səfərləri də, başlıca olaraq, bu məqsədlərə xidmət etmişdir.
Heydər Əliyevin fəal diplomatik səyləri nəticəsində dünyanın böyük dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi. BMT TŞ-də, ATƏT-in Budapeşt (1994) və Lissabon (1996) sammitlərində, İƏT-in üzv dövlət başçılarının zirvə toplantılarında Ermənistanın işğalı pisləndi və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair sənədlər qəbul edildi.
Heydər Əliyevin tarixi xidmətlərindən biri də Azərbaycan dövləti və xalqı qarşısında duran strateji vəzifələri – ilk növbədə, bir ictimai-iqtisadi sistemdən digərinə, yəni iflasa uğramış sosializmdən bazar iqtisadiyyatı normalarına və azad sahibkarlığa, çoxmülkiyyətçiliyə əsaslanan sistemə keçidi təmin etməsidir. Xüsusi mülkiyyətə geniş meydan açılması, sənaye və xidmət müəssisələrinin özəlləşdirilməsi, aqrar islahatlar, torpağın əvəzsiz olaraq kəndlilərə verilməsi və digər fundamental transformasiya proseslərini reallaşdırmaq kimi çətin vəzifələrin həlli məhz ümummilli liderin adı ilə bağlıdır.
Elnur Sadıxlı
Qubadlı rayonu Mahmudlu kənd uşaq musiqi məktəbinin direktoru

Xalqımızı “Milli Qurtuluş Günü” münasibəti ilə səmimi qəlbdən təbrik edirik.