QURBAN BAYRAMINIZ MÜBARƏK!

Əziz bacı-qardaşlar!

Sizi dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Qurban bayramı bəşər sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq yer üzünə göndərilməsini özündə təcəssüm etdirir. Bu əlamətdar gündə müsəlmanlar qurban ayinlərini icra etməklə, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmanın və Uca Yaradana yaxınlığın sevinc və fərəhini yaşayırlar.

Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayram kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlar!

Bu mübarək bayram günlərində xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın nurlu xatirəsini bu mübarək bayram günlərində dərin ehtiramla yad edirik. Xalqımız şəhidlərimizin şərəfli adını heç zaman unutmayacaq, onların ailələri və qazilərimiz daim diqqət və qayğısı ilə əhatə olunacaqdır. Cəmiyyətimizdə milli-mənəvi həmrəylik ruhunu daha da güclənib, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilib.

Dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hamınıza xoşbəxtlik, ailələrinizə əmin-amanlıq, uzun ömür, can sağlığı, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. 

Qurban bayramınız mübarək olsun!


Əliyev Bakir Əlağa oğlu

İmişli rayonu, Beton zavodun müdiri


Bizdə redaksiyamızın kollektivi adından başda Bakir müəllim olmaqla rəhbərlik etdiyi müəssisənin bütün işçilərini müqəddəs Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, firavan həyat və bol ruzi bərəkət arzu edirik. Allah dualarınız və niyyətlərinizi qəbul etsin inşallah.

Qurban bayramınız mübarək!
 
 Mehman Xıdıroğlu

Məsul Katib