"Ərkivan Transport" MMC-nin rəhbəri Abdulla Abdullayev əsgərlərlə görüşdə


"Ərkivan Transport" MMC-nin rəhbəri Abdulla Abdullayev, iş adamları Ramazan Abdullayev və  İntiqam Mahmudovun təşkilatçılığı və maliyyə dəstəyi ilə AVMVİB-nin Nəsimi rayonu Veteranları Elmar Hüseynov, Vidadi Ağagülov, Səfər Yarıyev MN-nin N saylı hərbi hissəsində əsgərlərlə görüş keçiriblər. Əvvəlcə qonaqlar hərbi hissədə əsgərlərin məişət və xidmət şəraiti ilə tanış oldular. Əsgər yeməkxanasında təşkil olunan mərasimdə 70 nəfər zabit və əsgərlər ad günü  münasibəti ilə təbrik edildi.
Onlara qol saatı, elektrik üzqırxan ləvazimatları, radio cihazları hədiyyə olundu. Təntənəli şəraitdə tortlar kəsildi. Tədbirdə çıxış edən xeyriyyəçi iş adamı Abdulla Abdullayev, Elmar Hüseynov, Vidadi Ağagülov "Ordu-Xalq, Xalq-Ordu" vəhdətini bir daha nümayiş etdirdilər. Axırda Böyük konsert proqramı təşkil edildi, əsgərlərlə qonaqlar birgə rəqs etdilər. N saylı hərbi hissənin  Komandiri Orduya daim diqqət və qayğı göstərdiklərinə görə qonaqlara Təşəkkür etdi.

Fərid Faiqoğlu
AJB-nin üzvü