Qanun və İcra verilişinin bu yayımında nələr təhlil olunacaq?

Hər həftə olduğu kimi bu həftədə Qanun və İcra verilişi maraqlı mövzular və peşəkar ekspertlərlə sizlərin görüşünə gəlir. Şənbə günü tanınmış Hüquqşunas verilişin aparıcısı və layihə rəhbəri Əkbər Yusifoğlunun təqdimatında saat 15:00 da bir saat sizlərin qonağı olacaq. Bu dəfəki efir vaxtında Qanun və İcra verilişində  Konstitusiyamızın 59 cu maddəsi təhlil olunacaq. Ekspertlərimizdən tanınmış jurnalist Səyyad Əsgərov, sahibkar xanımlardan Xəyalə Mütəllimova, Firuzə İsrafilova və Mədinə Paşayevanın iştrakı ilə maraqlı diskusiyanı izləyəcəksiniz.
Əziz və dəyərli izləyicilərimiz şənbə günü 15:00 da hamınızı  Dünya tv kanalında Hüquqşunas Əkbər Yusifoğlunun təqdimatında canlı olaraq yayəmlanacaq Qanun və İcra verilişinə baxmağa dəvət edirik.

Fərid Faiqoğlu
AJB-nin üzvü