ŞƏRƏFLƏ YAŞANAN ÖMÜR: MƏRDAN ƏLƏSGƏROV — 55


Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan Müharibə Veteranı Ələsgərov Mərdan  Abbasəli oğlunu doğum günü münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və  Fədai.az kollektiv təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və uzun ömur arzulayir.
 İnsan üçün ən yaddaqalan  tarixlərdən biri onun doğum günüdür.Belə insanlardan  biridə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri  Mərdan Ələsgərovdur. Oktyabr ayının  8 də onun  58 yaşı tamam olur. Mərdanın yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni  günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
 1992 — 1994 — cü illərdə  Azərbaycan Ordusunun tərkibində Gədəbəy rayonunun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir. Müharibə veteranıdır.
Əsgərov Mərdan Abbasəli oğlu  1967-ci ilin oktyabr ayının 8 də  Azərbaycan Respublikasının Çədəbəy rayonunun Hacılar kəndində zəhmətkeş ailədə anadan olub
1984 -cü ildə  Azərbaycan Respublikasının Gədəbəy rayonunun Hacılar kənd orta məktəbi,  1991- ci ildə    Kimya- texnologiya  texnikomunu bitrib.
[Əsgərov Mərdan Abbasəli oğlu  44 günlük Vətən Müharibəsində  daimi hərbi qulluqçularmızın yanında olaraq əlindən gələn köməkliyi onlardan  əsirgəməyib.
Xidməti   və ictimai  vəzifələrin   yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, hərbi hissə komandirinin , Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin  müvafiq əmrləri ilə Müvafiq   döş nişanları ilə, fəxri fərmanlarla, qiymətli hediyələrlə mükafatlandırlıb, ona  təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:
Hal- hazırda  «Azərsu»  Açıq Səhmdar Cəmiyyətinin  Binəqədi rayon şöbəsində çalışır,  2019-cu ildən etibarən isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Binəqədi rayon şöbəsinin sədridir.
 — «Böyük Zəfər » medalı ilə;
-» Müharibə Veteranı» Medalı ilə ;
-» Azərbaycan Vətən Müharibəsi Veteranları » İctimai Birliyin yaranmasının   ( 1994- 2019) 25  illiyi yubiley medalı ilə.
 — Silahlı Qüvvələrin yaranmasının » (1918 — 2018) 100  illiyi yubiley medalı ilə;
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  MƏRDAN   BƏY!
 HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə  müavini polkovnik Salman  Musayev
facebook