Şöbə sədrindən təsirli paylaşım

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Nəsimi rayon şöbəsinin sədri, ehtiyatda olan polkovnik Elmar Hüseynov öz facebook səhifəsində təsirli paylaşım edib. 
Paylaşımda deyilir:
«Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Xətai rayonu YAP təşkilatının sədri Vüqar Rəhimzadə, Qazi Anar Məmmədovun şəhid kapitan Həmid Cəfərlinin övladı Zeynəblə səmimi görüşü»…
Xatırladaq ki, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev özü də müharibə veteranıdır, müharibə veteranları və şəhid ailələrinə göstərdiyi diqqət və qayğısı barədə dəfələrlə yazmışıq.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim