Müasir İnternet Resuslarının İnkişafı İctimai Birliyi “Post-müharibə dövründə informasiya təhlükəsizliyi” mövzusunda mətbuat konfrans keçirib
11-noy, 12:08 173 Gündəm / CəmiyyətMətbuat konfransında “Müasir İnternet Resurslarının İnkişafı”İctimai Birliyinin sədri Zamin Zeynal, Birliyin sədr müavini şair-publisist Sərvaz Hüseynoğlu, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyi idarə heyətinin sədri Elvin Abbasov, AMEA-nın İnformasiya Texnologiyaları İnistutunun şöbə müdiri Rasim Mahmudov, “Dayaq” Vətən müharibəsi Əlilləri və Şəhidi Ailələrinə Dəstək Təşkilatınən sədri Qalib Əliyev sədri müavini Məcid Məmmədov, tanınmış ictimayət nümayəndələri, QHT sədrləri iştirak edərək çıxış ediblər.
Mətbuat konfransında Müasir İnternet Resurslarının İnkişafı”İctimai Birliyinin sədri Zamin Zeynal çıxış edərək qeyd edib ki, 44 günlük Vətən müharibəsində xalqımızın tarixi qəlbə Zəfərinin qazanmasını qürurla qeyd edirik.Dünyada baş verən hadisələrə nəzər salsaq görərik ki, bu bizi heçdə arxayınlaşdırmamalıdır. Çünki Qarabağ müharibəsinin bitməsi informasiya savaşının sona çatması demək deyil. Bu prosesin illərlə davam etməsi qaçılmazdır.Ona görə ki, işğalçı erməni qəsbkarlarının Azərbaycana qarşı işğalçılıq, terrorçuluq, separatçılıq niyyətlərinin hələdə qalması bizə onu deməyə əsas verir ki, hər zaman nəzarətləri altında olan informasiya vasitələrinin imkanlarından bəhrələnərək yalançı, iftira dolu məlumatlarla dünyanı inandırmağa çalışırlar.
Birlik sədri post-müharibə dövründə bəzi faktlara diqqət çəkərək bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan və ermənipərəst dairələrin əsasən “facebook” sosial şəbəkəsi və “Telegram” kanalı üzərindən ölkəmizlə bağlı yalan və iftira xarakterli məlumatlar paylaşmasına geniş təsadüf olunmuşdur. Müxtəlif ölkələrdə yaşayan ermənilər şəxsi “Telegram” kanalları üzərindən Azərbaycana qarşı məkrli təbliğat aparmış, Dağlıq Qarabağdakı qondarma, iflasa uğramış marionet rejimi və qondarma “status” məsələsini qabartmağa çalışmışlar.
Azərbaycan tərəfi isə “Telegram” kanalında fəal iş apararaq müəyyən informasiya təhdidlərinin zərərsizləşdirilməsini təmin etmişdir.
Qurum rəhbəri onu da xüsusi olaraq vurğulayıb ki, dünyada gedən informasiya müharibəsi fonunda Azərbaycanda vətəndaş cəmiyyəti İnstitutları bütün informasiya platformalatına hər an gözü açıq olmalıdır. Nəzərə alsaq ki, dünyada Azərbaycanın artan nüfuzunu, Cənab Prezident İlham Əliyevin diplomatik müstəvidəki aparıcı mövqeyini və layiqli liderliyini gözü götürməyən qüvvələr ayrı-ayrı informasiya vasitələri ilə müxtəlif istiqamətlərdə olduğu kimi informasiya təhlükəsiziliyimizə də zərbə vurmağa cəhdlər edirlər.Daha yaxşı olar ki, Vətəndaş məsuliyyətimizi dərk edərək informasiya cəmiyyətinin fədakar informasiya savaşıçıları olaq. Birsözlə, aidiyyəti üzrə Dövlət qurumlarımıza ictimai dəstək verməklə ölkəmizə qarşı yönələn bütün informasiya təxribatlarının vaxtında qarşısını alaraq informasiya təhlükəsizlimizi birlikdə təmin edək.
Konfransında çıxış edənlər bildiriblər ki, informasiya müharibəsi yeni texnoloji vasitələrlə davam edir. 44 günlük Vətən müharibəsi dövründə Müharibənin təkcə hərbi ön cəbhədə deyil, eyni zamanda siyasi – diplomatik müstəvidə, informasiya platformasında həyata keçirildiyinin şahidi olduq. 44 günlük müharibə dövründə Azərbaycan cəmiyyətinin əksər hissəsinin informasiya təhlükəsizliyinin qorunması, informasiyanın düzgün ötürülməsi və həqiqətlərin təbliği istiqamətində yetkinlik nümayiş etdirməsi təqdirəlayiq idi.
Çıxışçılar onu da bildiriblər milli vətənpərvər ruhda olan bütün Sosial şəbəkə istifadəçiləri informasiya müharibəsində Azərbaycanın milli maraqlarını qorumağa xidmət etmək əzmində olmalıdır.