Xırdalandakı partlayışda xəsarət alanların vəziyyəti açıqlandı
23-dek, 09:39 2 CəmiyyətXəbər verdiyimiz kimi, Xırdalanda yaşayış binasında güclü partlayış olub, nəticədə dörd nəfər xəsarət alıb.
“Qafqazinfo” xəsarət alanlarla bağlı TƏBİB-ə sorğu ünvanlayıb.
Bildirilib ki, hadisə ilə bağlı 4 nəfər (3-ü qadın cinsli, 1-i kişi cinsli) Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.