8 noyabr Zəfər Günü - Haqqın, ədalətin, bütövlüyümüzün qələbəsidir
11-noy, 16:09 155 Gündəm / Cəmiyyət“Güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: «Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir». Bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də məhz xalqımızın ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Ulu Öndər Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Məhz elə buna görədir ki, 18 il əvvəl «Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam» məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə həsr olunmuş əsl LİDER ömrüdür. Cənab İlham Əliyev Ulu Öndərimizin «Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır» fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan LİDERDİR. Və bu gün Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazır.Bu gün böyük sevinc və qürurla hər günü bir əsrə bərabər olan 44 günlük qələbəmizin bir ilinin – 8 noyabr, 2020-ci il Zəfər Günümüzün qeyd olunduğu gündür. Bu 30 illik arzularımızın, xəyallarımızın, yuxularımızın gerçəyə çevrildiyi, Qarabağa qovuşduğumuz Qələbə tariximiz, Zəfər Günümüzdür. Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Qələbə Günü kimi yazıldı. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu.
8 noyabr tarixi təqvimə zəfər bayramı, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi günü kimi düşdü. Torpaqlarımızın qeydsiz-şərtsiz düşmən işğalından azad olunması müstəqillik, yeni dövlətçilik ənənələrinin yaranmasına, bütün sahələrdə uzun illər boyu kök salmış stereotiplərə və fəaliyyət standartlarına, işin forma, məzmun və mahiyyətinə müasir mövqedən yanaşmağa, indiyədək mövcud olanların yeni ideyalar əsasında təkmilləşdirilməsi və dəyişdirilməsinə geniş imkanlar açdı.
Ölkə başçısının cəsarəti və qətiyyəti, xalqın Silahlı Qüvvələrin Ali Baş Komandanına inamı və güvəni, vahid amal ətrafında sıx birləşməsi, Azərbaycan diplomatiyasının uğuru, güclü, iradəli ordumuzun əzmi, qüdrəti sayəsində tariximizə yazılan şanlı səhifələr nəticəsində əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyuldu. Dövlət başçımızın xüsusi olaraq vurğuladığı kimi “Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu.
Bəli, bu gün haqq-ədalət zəfər çaldı, "çox istəyən azdan da olar” Azərbaycan atalar sözü öz yerini tutdu. Azərbaycan həm siyasət, həm də savaş meydanında öz gücünü göstərdi, beynəlxalq diplomatiyada öz sözünü dedi. General Həzi Aslanovu Polad Həşimov əvəz etdi. Böyük Vətən müharibəsi qəhrəmanları əfsanəvi Mehdi Hüseynzadə, ilk azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun yerinə müstəqil dövlətimizin apardığı Vətən müharibəsinin onlarla Mübariz oğulları gəldi.
Qələbəmizin bir mənbəyi də bütün dünyaya örnək ola biləcək multikulturalizmin Azərbaycanın dövlət siyasətinə, cəmiyyətimizin həyat tərzinə çevrilməsi, xalqımızın beynəlmiləlçilik ənənələrinə sədaqətinin təzahürü idi. Dövlət başçımızın dediyi kimi, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.
Əzəli torpaqlarımız, ərazi bütövlüyümüz uğrunda gedən, Vətən müharibəsi xarakteri alan ordumuzun xilaskarlıq savaşında həm ölkə daxilində, həm də xaricdə yaşayan vətəndaşlarımız birlik və həmrəylik nümayişi, dünyaya Azərbaycan, Qarabağ həqiqətlərini çatdırmaq üçün ön cəbhədəki əsgərlərə, eləcə də düşmən hücumu nəticəsində zərər çəkən ailələrə hərtərəfli dəstəyi ordumuza uğurlu əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbələr endirməsi fonunda xalqımızın ruh yüksəkliyini, vətənpərvərlik hissini bir qədər də artırmış oldu.
Qələbə bayrağımızı parada gətirilməklə qailb ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirməklə hərbi gücümüzü dünyaya nümayiş etdirdik.Ölkə rəhbərimiz, Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətdə bu böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu deyib: «Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.Budur, Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın diplomatik siyasəti! Budur, xalqının Prezidenti olmaq! Budur, Liderlik missiyası!Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi. 8 noyabr Zəfər Günün mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!
Məmmədov Mikayıl Kiçikağa oğlu
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri
Hazırladı:
Natiq Zabitoğlu
“Ədalət və Qanun” qəzetinin baş redaktoru