8 Noyabr - Zəfər tariximiz!
07-noy, 17:43 145 Gündəm / Cəmiyyət2020-ci ilin son aylarında Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi altında Xalqımız 30 illik işğala son qoydu. Bu böyük tarixi hadisə Ulu öndərimiz Heydər Əliyevin İlham Əliyev haqqında vaxtilə “Mən ona özüm qədər inanıram” , “Mənim başa çatdıra bilmədiyimim işləri o həyata keçirəcək” kimi müdrik kəlamlarının nə qədər uzaqgörənliklə deyildiyini bir daha sübut etdi. 44 günlük II Qarabağ müharibəsi bütün dünyaya göstərdi ki, Azərbayan xalqı nə qədər sülhsevər olsa da, haqsızlıq, ədalətsizlik qarşısında bir o qədər əyilməzdir. Müharibənin başlandığı gündən son zəfər gününə qədər prezidentimizin, ordumuzun və xalqımızın polad iradəsi, dəmir yumruğu azğın düşməni öz yerinə oturtdu, müharibənin getdiyi hər gün Ali baş komandan xalqa ürəkaçan xəbərlər verirdi. Zəfərlər dalıyca zəfər gəlirdi. Bu zəfərlər Azərbaycanın yüksək beynəlxalq imic qazanmasına səbəb olmuşdur.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan-Turkiyə birliyinə dair dediyi “Biz bir millət, iki dövlətik” müdrik kəlamı da müharibə döründə öz həqiqi mahiyyətini göstərdi. Qardaş Türkiyə dölətinin dar gündə Azərbaycanın yanında olması qələbəmiz üçün stimul verdi.
Prezidentimiz İlham Əliyevlə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün beynəlxalq təşkilatlarda daim bir yerde əlbir olmaları bu böyük tarixi qələbələrimizin əsasını qoydu. Hər iki dövlət başçılarının imzaladıqları “Şuşa Bəyənnaməsi” azğın ermənilərə göz dağı oldu. Bu tarixi bəyannamə hər iki qardaş dövləti ən yüksək strateji müttəfiq səviyyəsinə qaldırdı. Dünyanın gözü qarşısında Türkiyə birliyi inkişaf edərək Turan dövlətlər birliyinə hədəflənmişdir.
Möhtərəm prezidentimiz Cənab İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin siyasi ənənələrinə sadiq qalaraq beynəlxalq aləmdə tarazlaşdırılmış siyasət həyata keçirir. Dövlətçilik tarixində bu cür siyasi təcrübə çox nadir hallarda ayrı-ayrı tarixi şəxsiyyətlərin, diplomatların, dövlət başçılarının fəaliyyətində özünü göstərmişdir. Prezident İlham Əliyev bu müdrik siyasəti çox uğurla həyata keçirir. O, dünyanın böyük super dövlətləri olan ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və s. ilə yanaşı, onların siyasəti ilə ayaqlaşmayan dövlətlərlə də uğurlu əməkdaşlıq siyasəti aparır. Bunun nəticəsində Azərbayanın Avropa, Asiya, Şərq, Qərb ölkələri ilə çox səmərəli hərtərəfli əməkdaşlıq müqailələri meydana gəlmişdir. Ölkəmizin beynəlxalq nüfuzunu artırmaq üçün bu cur əməkdaşlıq nümunələri müasir Azərbaycan Respublikasına hava və su kimi vacibdir.
Bu gün Azərbayan beynəxalq aləmdə etibarlı tərəfdaş, regionun lider dövləti, iqtisadi və mədəni mərkəzidir. Ölkəmizin dünyada artan nüfuzunun dayanıqlı iqtisadi inkişafının nətiəsidir ki, üçrəngli bayrağımız irimiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, dünyanın ən mötəbər təşkilatlarında, beynəlxalq idman yarışlarında, olimpiya oyunlarında əzəmətlə dalğalanaraq Azərbaycanın qüdrətini təəssüm edir.
Prezident İlham Əliyein Ümummilli liderimiz Heydər Əliyein inkişaf ideya və prinsiplərini bütün məqamlar və şərait nəzərə alınmaqla uğurla həyata keçirməsi nəticəsində Azərbayanın qarşıdakı illərdə də dünyanın inkişaf etmiş modern ölkələrindən birinə çerilməsi yolunda zəfərlər dalınca zəfərlər gələcəyi gözlənilir.
Bu deyilənlər bir daha göstərir ki, böyük öndərimiz və ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın xoşbəxt gələcəyi naminə aparmış olduğu böyük siyasət bu gün onun ən layiqli siyasi varisi və davamçısı olan Prezidentimiz və Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Prezitentimizin özünün dediyi kimi, “Bizim artıq güclü dövlətimiz vardır - müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir.”
Bu gün, 8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış, tarixi ədalətin bərpa edildiyi “Zəfər Günü”dür.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunur.
Dəmir Yumruq əməliyyatı ilə başlayan və 44 gün boyunca davam edən II Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Müzəffər Ali Baş Komandanımızın göstərişi ilə qəhrəman əsgərlərimizin, şəhidlərimizin sözlə ifadə edilə bilməyən şücaəti sayəsində bir vaxtlar arzu və diləklərdə, sağlıqlarda söylənilən “Qarabağ” yaramız sağaldı. Azərbaycanın hərbi sahədə əldə etdiyi qələbələr, xüsusilə Şuşanın düşməndən azad edilməsi müharibənin taleyində çox vacib rol oynadı. Bu qələbəni bu gün böyük iftixar hissiylə yaşamağımız Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi sayəsində mümkün olmuşdu.
Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi.
Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.
Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
İlqar Məhərrəmov
Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin rəisi
Hazırladı:
Natiq Zabitoğlu
“Ədalət və Qanun” qəzetinin baş redaktoru