Ser Aleks Ferqyuson xəstəxanaya yerləşdirildi
04-may, 08:06 2 İdman
“Mançester Yunayted”in sabiq baş məşqçisi ser Aleks Ferqyuson bu gün günorta saatlarında “Old Trafford” stadionundan xəstəxanaya aparılıb.
“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, 84 yaşlı əfsanəvi mütəxəssis Premyer Liqanın 35-ci turu çərçivəsində baş tutmuş “Mançester Yunayted” – “Liverpul” (3:2) matçından öncə özünü pis hiss edib.
Məlumata görə, Ferqyuson qarşılaşmanın başlamasına bir saatdan çox qalmış təcili tibbi yardım maşını ilə stadiondan uzaqlaşdırılıb. Hazırda o, həkim nəzarəti altındadır. Bildirilir ki, hospitalizasiya ehtiyat tədbiri məqsədilə həyata keçirilib və yaxın vaxtlarda onun evə buraxılacağı gözlənilir.
Qeyd edək ki, “Mançester Yunayted” tarixinin ən uğurlu məşqçisi olan Aleks Ferqyuson komandanın həm ev, həm də səfər oyunlarını müntəzəm olaraq tribunadan izləyir.





