“Barselona”nın Messiyə təklif edəcəyi müqavilənin bəzi şərtləri məlum oldu

“Barelona” mövsümün sonunda PSJ ilə müqavilə müddəti başa çatacaq Lionel Messi üçün sözləşmə hazırlayıb.
Jurnalist Xuan Fontesin yaydığı məlumata görə, Kataloniya klubu ona iki illik müqavilə təklif edəcək. Argentinalı futbolçu “Barsa”da daha aşağı məvacibə oynamağa razılaşıb.
Katalonlar keçidi reallaşdıra bilmək üçün La Liqanın maliyyə qaydalarına uyğunlaşmalıdır, maaş büdcəsini təxminən 200 milyon avro azaltmalıdır. “Barselona” bu səbəbdən Qavini əsas komandanın oyunçusu kimi qeydiyyaydan keçirə bilməyib. Problem aradan qaldırılmayacağı təqdirdə kluba yeni oyunçular transfer etməyə icazə verilməyəcəyi bildirilir.
Messi 2021-ci ildə “Barselona”dan ayrıldıqdan sonra azad agent kimi PSJ-yə keçib.
Mənbə: Oxu.Az