Buskets ABŞ-də Messiyə komanda yoldaşı oldu

“Barselona”dan ayrılan Serxio Busketsin yeni klubu müəyyənləşib.
İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, ispaniyalı yarımmüdafiəçi ABŞ “İnter Mayami”sinə keçib. Tərəflər artıq müqavilə imzalayıblar.
Xatırladaq ki, “İnter Mayami” daha əvvəl PSJ-dən ayrılan Lionel Messini heyətinə qatıb. Messi və Buskets uzun illər “Barselona”da birgə oynayıblar.