UEFA-nın yeni reytinq cədvəli: “Qarabağ” Türkiyə klubundan cəmi bir pillə geridədir
10-apr, 12:49 66 İdmanUEFA Avropa klublarının reytinq cədvəlini yeniləyib.
Məlumata görə, cədvələ 146.000 xalla “Mançester Siti” klubu (Böyük Britaniya) başçılıq edir. İkinci sıradakı “Bavariya”nın (Almaniya) 139.000 xalı var. İlk üçlüyü 127.000 xalla “Real Madrid” klubu (İspaniya) qapayır.
İlk yüzlükdə üç Türkiyə klubu yer alıb. UEFA Konfrans Liqasında uğurlu çıxışı ilə diqqət mərkəzinə düşən “Fənərbağça” klubu 34.000 xalla 56-cı pillədə qərarlaşıb. Aktivində 31.500 xalı olan “Qalatasaray” iki pillə geriləyərək 60-cı olub. “Başakşəhər” isə 29.000 xalla 62-ci olub.
Qeyd edək ki, son Azərbaycan çempionu “Qarabağ” 33.000 xalla “Fənərbağça”nın bir pillə gerisində - 57-ci yerdə qərarlaşıb.