İspaniya İtaliyaya, İngiltərə Danimarkaya qarşı

Bu gün Avropa çempionatında qrup mərhələsinin 2-ci turunun növbəti oyunları keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, 7-ci oyun günündə də 3 qarşılaşma baş tutacaq.
C qrupunda Sloveniya Serbiyanı, Danimarka isə İngiltərəni sınağa çəkəcək.
Günün daha çox maraq doğuran qarşılaşması B qrupunda yer almış İspaniya və İtaliya yığmaları arasında baş tutacaq.
AÇ-2024
 20 iyun
 C qrupu

17:00. Sloveniya – Serbiya
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen. “Alyans Arena”.
20:00. Danimarka – İngiltərə
Baş hakim: Artur Soares Dias (Portuqaliya)
Frankfurt. “Valdstadion”.
B qrupu
23:00. İspaniya – İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Gelzerkirxen. “Veltins Arena” stadionu.