“Sabah” “Turan Tovuz”la heç-heçə qaldı

sabah-turan-tovuzla-hec-hece-qaldi
Bu gün Azırbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, turun qapanış matçında “Sabah”la “Turan Tovuz” üz-üzə gəliblər.
Dörd qolluq görüşdən tərəflər hərəyə bir xalla ayrılıblar.
Azərbaycan Premyer Liqası
 6-cı tur
 15 sentyabr

“Sabah” – “Turan Tovuz” 2:2
Qollar: Jesse Sekidika, 7; 46.  – Roderik Miller, 35. Ayxan Hüseynov, 76.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Kəpəz”i (1:0), “Şamaxı” “Sumqayıt”ı (1:0), “Qarabağ” “Səbail”i (2:1), “Zirə” isə “Neftçi”ni məğlub yola salıb.