Dünyanın ən bahalı futbolçusu oldu
02-okt, 08:37 45 İdman“Transfermarkt” portalı İngiltərə Premyer Liqasının bəzi oyunçularının qiymətini yeniləyib.
“Qafqazinfo” xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland 180 milyon avrodan 200 milyona yüksəlib. O, transfer dəyərinə görə zirvədə qərarlaşıb.
Daha öncə açıqlanan siyahıda norveçli ilk pilləni “Real Madrid”in futbolçuları Vinisius Junior, Cud Bellingem və Kilian Mbappe ilə bölüşürdü. Lakin onların qiymətlərində heç bir dəyişiklik baş verməyib.
Qeyd edək ki, Erlinq 200 milyona çatan ikinci oyunçu olub. İlk dəfə 2018-ci ildə Mbappe bunu bacarmışdı.
Dünyanın ən bahalı 10 oyunçusunu təqdim edirik:
Erlinq Haaland (“Mançester Siti”) – 200 milyon avro
Cud Bellingham (“Real Madrid”) – 180 milyon avro
Vinisius Junior (“Real Madrid”) – 180 milyon avro
Killian Mbappe (“Real Madrid”) – 180 milyon avro
Filip Foden (“Mançester Siti”) – 150 milyon
Bukayo Saka (“Arsenal”) – 140 milyon
Florian Virtz (“Bayer Leverkuzen”) – 130 milyon
Camal Musiala (“Bavariya”) – 130 milyon
Rodri (“Mançester Siti”) – 130 milyon
Lamin Yamal (“Barselona”) – 130 milyon