“Hesab oyuna görə olmadı” - “Lion”un baş məşqçisi

“Lion”un baş məşqçisi Piyer Saj “Qarabağ”la oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, o, oyun barədə fikirlərini səsləndirib:
“Qarabağ” bu gün təhlükəli vəziyyətlər yaratdı. Bunu xüsusi qeyd etmək lazımdır. Amma ikinci hissədə müdafiəmiz daha yaxşı oldu. Topun ələ keçirilməsində üstünlük əldə etdik. Düzdür, “Qarabağ”ın şansları daha çox idi. Onlar oyunun gedişatını dəyişdirə bilərdi. Hesab oyuna görə olmadı”.