“Onu 3 ildir ki, izləyirik” - Okan Buruk
27-dek, 08:18 6 İdman“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Lion”un futbolçusu Jorj Mikautadze haqda danışıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Buruk futbolçunun transferi ilə bağlı xəbərlərə münasibət bildirib.
O, gürcü futbolçunu uzun müddətdir izlədiklərini açıqlayıb:
“Mikautadze bəyəndiyimiz oyunçudur. Onu 3 ildir ki, izləyirik. Vacib oyunçudur, amma hazırda heç bir futbolçuya prioritetimiz kimi yanaşmırıq. Mən oyunçu ilə danışmamışam. Baxsanız, siyahıda 20-30 futbolçu var, amma heç biri ilə danışığımız olmayıb. Futbolçu ilə bağlı mövzulardan danışmayacağam. Nəsə ediriksə, gizli şəkildə etməliyik”.
Bundan əvvəl də mətbuatda “Qalatasaray”ın futbolçu üçün Fransa klubuna 17 milyon avroluq təklif irəli sürdüyü bildirilib.
Qeyd edək ki, “sarı-qırmızılılar” Türkiyə Super Liqasında 44 xalla liderdir.