Bakıda bıçaqlanma hadisəsi olub: Saxlanılan var

Bakıda bıçaqlanma hadisəsi olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, noyabrın 9-da saat 17 radələrində Xətai rayonu ərazisində bir nəfərin kəsilmiş-deşilmiş xəsarət alması barədə polisə məlumat daxil olub.
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Ruslan Əsədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.