Arvadını xəyanətə görə öldürən şəxsə hökm oxundu
15-mar, 11:11 131 KriminalLənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda arvadını öldürməkdə təqsirləndirilən Murad Zamanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Murad Zamanov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 20 sentyabr 2023-cü il tarixdə, gecə saat 2 radələrində Salyan şəhərində baş verib. Belə ki, Salyan şəhər sakini, 1965-ci il təvəllüdlü Murad Zaman oğlu Zamanov həyat yoldaşı, 1976-cı il təvəllüdlü Nazilə Məhərrəm qızı Zamanovanı kəndirlə boğaraq qətlə yetirib. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb. Murad Zamanov ifadəsində bildirib ki, arvadını ona xəyanət etdiyi üçün öldürüb.