Sumqayıtda 29 yaşlı gənc qətlə yetirildi

İyunun 9-da saat 03 radələrində Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 1995-ci il təvəllüdlü Bayramov Nicat Əlövsət oğlunun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Nüsrət Anar oğlu Həsənəlili polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.