30 yaşlı qadın intihar etdi

Ötən gün Bakıda intihar hadisəsi baş verib. 
“Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsi 31C ünvanında qeydə alınıb. 
Belə ki, 1994-cü il təvəllüdlü Zenfira Həmidova sözügedən binanın 12-ci mərtəbəsindən özünü ataraq intihar edib. 
Onun hansı səbəbdən intihar etdiyi hələlik bilinmir.
Hazırda faktla bağlı araşdırma aparılır.