D vitamininin həddindən artıq qəbulu qorxunc nəticəyə gətirib çıxara bilər
18-dek, 09:35 82 MaraqlıQidadan kifayət qədər D vitamini əldə etmək çətin ola bilər, buna görə də bəzi hallarda vitamin əlavəsi qəbul etmək tövsiyə olunur.
Bununla bağlı “Health” jurnalında məqalə dərc olunub.
Unutmamalıyıq ki, D vitaminin əlavə qəbulu həkim nəzarəti altında olmalıdır, çünki bu vitaminin həddindən artıq qəbulu müxtəlif sağlamlıq problemlərinə səbəb ola, o cümlədən komaya gətirib çıxara bilər.
D vitamini orqanizmin kalsiumun mənimsəməsində əsas rol oynayır və sümük sağlamlığı üçün vacibdir. O, həmçinin sinirlər tərəfindən siqnalların ötürülməsi və immun hüceyrələri tərəfindən infeksiyalarla mübarizə üçün istifadə olunur. D vitamini çatışmazlığı əzələ zəifliyinə və ağrılarına səbəb ola bilər.
Təxminən 72 000 ABŞ sakininin iştirak etdiyi araşdırma göstərib ki, təcrübədə iştirak edənlərin 40,9%-də D vitamini çatışmazlığı, 22%-də orta dərəcədə çatışmazlıq, 2,6%-də isə ciddi çatışmazlıq olub. Çatışmazlıq riski xüsusilə yaşlı insanlarda, mədə şuntlanması əməliyyatı keçirmiş piylənmədən əziyyət çəkən insanlarda və qaraciyər xəstəliyi, seliakiya, mukovissidoz və kron xəstəliyindən əziyyət çəkən insanlarda yüksəkdir.
Günəş şüaları altında olmaq D vitamini çatışmazlığının qarşısını almağa kömək edə bilər, lakin qış aylarında bu vitaminlə zəngin qidaları qida rasionunuza daxil etmək vacibdir. Bu qidalara ala balıq, tunes, qızılbalıq, skumbriya və balıq yağı daxildir.
Mənbə: Oxu.az