Uşaqlarına həmin silahın şərəfinə ad qoyacaqlar
24-noy, 11:54 26 MaraqlıRusiyanın Naberejnıye Çelnı şəhərində çoxuşaqlı ailə 15-ci övladına federasiyanın yeni sınaqdan keçirdiyi “Oreşnik” raket sisteminin şərəfinə ad qoymağı planlaşdırır.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu haqda ailə başçısı Vladimir Suxov danışıb.
Ailə Oreshnitsa, Putnik, Putnitsa, Sputnik və Sputnitsa kimi ad variantlarını nəzərdən keçirir.
Məlumata görə, 2023-cü ilin noyabrında onların 14-cü övladı dünyaya gəlib. Ailə həmin qız uşağına qeyri-adi - Rusiya-Svyatosiya-Svyatorossiya adını verib.
Qeyd edək ki, “Oreşnik” raket sisteminin mövcudluğu noyabrın 21-də Rusiya Prezidenti Vladimir Putinin müraciətindən məlum olub. Rəsmi açıqlamalara görə, bu, ən son yüksək dəqiqlikli orta mənzilli ballistik raketdir. Belə ki, o, 5,5 min km-ə qədər məsafədəki hədəfləri vura bilir.