Məşhur cütlük boşanır

Türkiyəli məşhur sənətçi cütlük Oğuzhan Koç və Demet Özdemir boşanmağa qərar veriblər.
Bir müddət əvvəl onların evliliklərində böhran yaşadıqları barədə xəbərlər yayılıb.
Onlar evliliklərini xilas etmək üçün psixoloqdan məsləhət alsalar da, bu da bir fayda verməyib.
Demet Özdemir və Oğuzhan Koçun boşanma qərarı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, onlar 8 ay əvvəl dəbdəbəli toy mərasimi ilə ailə qurublar.
Mənbə: Oxu.Az