Televiziyada reytinq toplaya bilmədi - Yutubda milyonlar izləyir
28-mar, 11:23 16 Şou biznes
“Qafqazinfo” xəbər verir ki, sezona iddialı başlayan serial ilk bölümü ilə yutubda uğur qazanıb.
Belə ki, “Kanal D”nin rəsmi kanalında yayımlanan ilk bölüm qısa müddətdə 10 milyon baxışı keçib və hələ də sürətlə izlənilməyə davam edir.
“Eşref Rüya”nın televiziyada kifayət qədər izlənilməməsinin əsas səbəbi kimi eyni gündə yayımlanan “Sahipsizlər” serialı göstərilir. Görünən odur ki, tamaşaçılar əvvəldən alışdıqları “Sahipsizlər”i izləməkdən imtina etmək istəmirlər.
Buna baxmayaraq, güclü aktyor heyəti ilə seçilən “Eşref Rüya”nın gələcəkdə reytinqlərdə yüksəlmə ehtimalı böyükdür. Yutubda qazandığı populyarlıq serialın qarşıdakı bölümlərində televiziya izləyicisini də cəlb edəcəyini göstərir.

Təhsil - Səhiyyə
daha çoxprev
next