Slovakiyanın baş naziri: “Makron ölkəmizdə populyar siyasətçi sayılmır”
08-may, 10:55 78 Siyasət“Böyük və güclü olan ölkələr çox vaxt ədalətli olmurlar. Amma ədalətli olmaq istəyəndə də böyük və güclü olmursunuz. Bu, beynəlxalq siyasətdə tez-tez görünür”.
Bu sözləri Slovakiya Respublikasının Baş naziri Robert Fitso AZƏRTAC-a və AzTV-yə müsahibəsi zamanı bildirib.
“Fransa ilə əlaqələrinizdəki bu gərginliyi görürəm. Sizin ölkənin - Azərbaycanın daxili işlərinə qarışmadığım kimi, Fransanın da daxili işlərinə qarışmıram. Yəni, bu, ölkələrin daxili işləridir. Amma Slovakiyanın da daxili işlərinə qarışılarsa, o zaman danışa bilərəm. Məsələn, cənab Makron ölkəmizdə populyar siyasətçi sayılmır və bu prinsipdir ki, mən niyə ondan danışım? Amma Fransa Prezidenti Avropa əsgərlərinin müharibədə iştirakı barədə fikirlərini açıq şəkildə söylədi və mən bunu dərhal, tamamilə rədd etdim. Çünki bu, üçüncü dünya müharibəsinin başlaması olardı. Qaldırdığınız məsələdə, bəlkə də, bir az səbir lazımdır. Avropa İttifaqında Azərbaycanla baş verənlərlə bağlı çox ölkənin obyektiv yanaşması lazımdır. Ukrayna ilə bağlı da dedim, ərazi bütövlüyü qorunmalıdır. Sizin də ərazi bütövlüyünüzün qorunması lazımdır. Bu, sizin torpaqlarınızdır. Əgər Avropa İttifaqında 3-4 ölkə eyni mövqedən çıxış etsəydi, gərginlik bəlkə də bu səviyyədə olmazdı. Onlar ərazicə balaca ölkənin özünə güvənərək hərəkət etməsini sevmirlər. Bu cür ölkə olmağınızla fəxr etməlisiniz”, - deyə baş nazir vurğulayıb.