Bakıda Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək

Bakıda bu ilin sentyabrında “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə görüşü zamanı məlumat verib.
Nazir gürcü həmkarını sərgidə iştiraka dəvət edib.