Bakıda yaşlı kişini avtomobil vurub

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
APA xəbər verir ki, qəza “DSX” yolu kimi tanınan ərazidə qeydə alınıb.
1970-ci il təvəllüdlü Haşımov Xəyal Haşım oğlu yolu keçərkən onu 10-XM-372 dövlət nömrə nişanlı VAZ-2104 markalı minik avtomobili vurub. Maşının sürücüsü dərhal yaralını Sabunçu Tibb Mərkəzinə çatdırıb.
Avtomobilin sürücüsünün Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən izahatı alınıb.