Əziz həkimlərimiz peşə bayramınız mübarək!

Bütün sahələrdə olduğu kimi ölkəmizdə də tibb sahəsində böyük irəliləyişlərə nail olunub. Ölkəmizdə fəaliyyət göstərən bir çox tibb mərkəzlərindən fərqli olaraq Sumqayıt Şəhər Tibb Mərkəzinin nailiyyətlərinin səbəbi bu tibb ocağında  yaradılan inkişafedici mühit, həkimlərin  yüksək peşəkarlığı və tibb  sahəsində elm və praktikanın vəhdətidir. 

Sumqayıt Şəhər Tibb Mərkəzində bacarıqlı həkim, peşəkar tibb işçiləri öz işinin öhdəsindən məharətlə gəlir. Yüksək insani keyfiyyətləri ilə seçilən tibb mərkəzinin bu illər ərzində ictimaiyyətin dərin hörmətini qazanmışlar. Sumqayıt Şəhər Tibb Mərkəzinin personalının üzərinə düşən bütün öhdəlikləri bacarıqla, layiqincə yerinə yetirmişdir.

Şəfalı əllər sahibi olan,  bacarığı ilə seçilən bu tibb ocağında çalışan kollektiv və bura üz tutan hər bir xəstəni böyük hörmətlə qarşılayır. Tibb personalı həyatın hər bir anını maraqlı və mənalı keçirməyə çalışır. Zəhmətləri isə boşa getmir. “Ağıllı adam həmişə sənətdə hünər əldə edib yaxşı ad qoymağa çalışır”. Burda çalışan həkimlər öz dərin zəkası,  dünyagörüşü, peşəkarlığı, savadı ilə seçilir, çalışdığı kollektiv, istərsə də onlara müraciət edən xəstələr arasında hər kəsin hörmətini və rəğbətini qazanırlar. Şərəfli peşə,  sənət sahibi olmaq hər bir insanın ümdə arzusudur.

Bütün media işçiləri adından Sumqayıt Şəhər Tibb Mərkəzində çalışan bütün tibb personalına, başda Səkinə xanım Sadıxlı olmaqla səhiyyə sahəsində göstərdiyi yüksək xidmətlərə görə dərin təşəkkürümüzü bildirir,  çətin, şərəfli və məsuliyyətli işində  bol-bol nailiyyətlər və müvəffəqiyyətlər arzulayırıq. Sumqayıt Şəhər Tibb Mərkəzinə bundan sonra da tibbi fəaliyyətində fəallıq göstərərək yeni təşəbbüslərlə tibbimizə  töhfələr bəxş edəcəyinə  əminik.  

Sumqayıt Şəhər Tibb Mərkəzinin tibb işçiləri və başda Səkinə xanım Sadıxlı! Sizin əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətiniz, səriştəniz və tibb sahəsində peşəkarlığınız  hər birimiz üçün qürurvericidir. Tibb işçilərinin mükafatlarla  təltif edilməsi onların əməyinin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Tibb işçiləri daim cənab Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edir, belə yüksək mükafatlar tibb işçilərini daha məsuliyyətli və peşəkar fəaliyyət göstərmək üçün ruhlandırır.

Çox hörmətli tibb işçiləri! Sizə əziz və dəyərli Səkinə xanıma tibb sahəsinə verdiyiniz dəyərli və şərəfli töhfələrinizə görə təşəkkür və minnətdarlığımızı bildiririk.  Əhaliyə göstərdiyiniz  tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xidməti  fəaliyyətinizdə  fərqləndiyinizə  görə sizə minnətdarlığımızı bildiririk!

17 iyun peşə bayramınız münasibəti ilə kollektivimiz adından sizi ürəkdən təbrik edir, işlərinizdə uğurlar və firavan həyat arzulayırıq.


Hörmətlə,

               Natiq Zabitoğlu