“Bunlar müstəqil yaşamaq imkanlarını məhdudlaşdırır”

bunlar-musteqil-yasamaq-imkanlarini-mehdudlasdirir
“Əlilliyi olan şəxslərin hüquqları şəhərsalma siyasətinin mahiyyətinə daxil olan əsas insan hüquqları məsələlərindəndir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva WUF13 çərçivəsində keçirilən “Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, təcrübə göstərir ki, əlilliyi olan şəxslərin qarşılaşdığı bir çox çətinliklər daha çox mühitin düzgün qurulmaması ilə bağlıdır: “Standartlara uyğun olmayan keçidlər, əlçatan olmayan ictimai nəqliyyat, uyğunlaşdırılmamış sanitar qovşaqlar, səsli və vizual məlumatlandırmanın yetərsizliyi, rəqəmsal xidmətlərdə mövcud maneələr insanın müstəqil yaşamaq və cəmiyyətdə bərabər iştirak etmək imkanlarını məhdudlaşdırır”.
Ombudsman həmçinin qeyd edib ki, inklüziv şəhər əlilliyi olan şəxslərlə yanaşı, uşaqlar, ahıllar, müvəqqəti hərəkət məhdudiyyəti olan şəxslər və bütövlükdə cəmiyyət üçün daha təhlükəsiz və rahat mühit yaradır: “Universal dizaynın əsas üstünlüyü də məhz hamı üçün bərabər və ləyaqətli istifadə imkanının təmin edilməsindədir”.
Günel İbrahimova