8 aylıq hamilə qadın öldü

Bakının Qaradağ rayonunda hamilə qadın vəfat edib.
“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, hadisə bu gün saat 06 radələrində Şonqar qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü N.Xəlilova hamiləliyinin səkkizinci ayında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.