Bakıda yolu keçməyə çalışan yeniyetməni avtomobil vurdu
07-apr, 08:20 240 Cəmiyyət
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.APA xəbər verir ki, hadisə Nazim Hikmət küçəsində baş verib.
2007-ci il təvəllüdlü Məmmədova Jalə Habil qızı yolu keçərkən onu “Toyota Prado” markalı avtomobil vurub. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıblar.





