“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

sabahcityde-aztu-nun-suni-intellekt-esasli-muhendislik-tehlukesizliyi-merkezi-yaradilacaq
AzTU-nun Elmi şurasının yeni tədris ilində ilk iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə və Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında etdiyi çıxışlardan irəli gələn məsələlər müzakirə olunub. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair AzTU-da xüsusi proqramın hazırlanması qərara alınıb.
“SABAH.city” innovasiya şəhərciyində AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzinin yaradılması barədə qərar qəbul edilib. Mərkəz süni intellekt əsaslı kibertəhlükəsizlik və müdafiə texnologiyaları üzrə fundamental və tətbiqi tədqiqatların aparılması, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi və sənaye ehtiyacları üçün innovativ həllərin hazırlanması və xidmətlərin göstərilməsinə xidmət edəcək.