Bakıda futbol meydançasında kütləvi dava: Yaralılar var

Bakının Nərimanov rayonunda yerləşən futbol meydançasında yeniyetmələr arasında kütləvi dava olub.
“Qafqazinfo” xəbər verir ki, C.Hacıbəyli küçəsi 28 ünvanında baş verən davada 2010-cu il təvəllüdlü R.Məhərrəmli və 2011-ci ildə anadan olmuş Ü.Zeynalzadə döyülüblər. Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Hadisə vaxtı hər iki yeniyetmənin tanımadıqları üç-dörd nəfərin hücumuna məruz qaldıqları və dava zamanı xəsarət aldıqları bildirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.