Qobustanda avtomobil çökəkliyə aşıb, sürücü ölüb

Qobustanda avtomobil çökəkliyə aşıb.
APA xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu Cəngi qəsəbəsindən keçən 61-ci kilometrində 1978-ci il təvəllüdlü Abşeron rayonu, Xırdalan şəhər sakini Fərman Mənaf oğlu Həsənovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil rayon istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq çökəkliyə aşıb. 
Nəticədə sürücü Fərman Həsənov aldığı xəsarətlərdən ölüb.