Qubada tələbə parkda bıçaqlandı
27-apr, 08:21 235 Cəmiyyət
Qubada 19 yaşlı tələbə bıçaqlanıb.“Report”un məlumatına görə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təhsil alan Ağdam rayon sakini 2004-cü il təvəllüdlü Nəsirov Rəvan Xaliq oğluna rayonun “28 may” parkında bıçaq xəsarətləri yetirilib.
Yaralı xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.




