Azərbaycanda illik inflyasiya 5% keçdi
15-okt, 11:03 283 CəmiyyətBu ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən 105,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106%, qeyri-ərzaq məhsulları üzrə 104,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,6 % təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8%, əvvəlki ilin sentyabr ayına nisbətən 108,5% təşkil edib.
2021-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6%, əvvəlki ilin sentyabr ayına nisbətən 110,4% təşkil edib.