Suraxanıda yol-nəqliyyat hadisəsində dördaylıq körpə ağır xəsarət alıb
13-may, 10:17 301 Cəmiyyət
Bakının Suraxanı rayonunda körpənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Report”un məlumatına görə, Zığ şosesində iki avtomobilin toqquşması nəticəsində 2023-cü il təvəllüdlü sərnişin xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ təpə nahiyəsinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.





