Xındoqnı üzüm sortlarından hazırlanan şərab ilk dəfə təqdim edilib
25-noy, 18:20 109 CəmiyyətXocavənd rayonunun Tuğ kəndi işğaldan azad edildikdən sonra buradan toplanmış Xındoqnı üzüm sortlarından hazırlanan şərab bu gün ilk dəfə təqdim edilib.
Oxu.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bu gün Şamaxı şəhərində keçirilən II Şərab Festivalında deyib. O qeyd edib ki, Xındoqnı üzümündən indiyə qədər iki min litr şərab istehsal olunub.
“Şərab hələlik satışa çıxarılmayıb. Onun həm ölkə daxilində satışı, həm də ixracı nəzərdə tutulub. Amma bu gün festival iştirakçıları Xındoqnı şərabını dequstasiya edə biləcəklər”.