Bakıda 35 yaşlı kişi dəm qazından ölüb
19-yan, 11:59 218 Cəmiyyət
Bakıda 35 yaşlı kişi dəm qazından ölüb.“Report”un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Elyar Şalikov “Motodrom” adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.




