“İctimai nəqliyyatda kiməsə təpik atmaq qeyri-insani davranışdır” - Sosioloq Rüfət İsmayılzadə
19-iyl, 13:05 66 Cəmiyyət“Son günlər sosial şəbəkələrdə insanların ictimai nəqliyyatda ədəbsiz davranışları, hətta qadınların bir-birinə təpik atması görüntüləri yayılıb. Sərnişinləri ayırmaq, sakitləşdirmək əvəzinə baş verənləri telefonunun yaddaşına köçürən insanları başa düşmək isə ümumiyyətlə mümkün deyil”.
“Qafqazinfo”nun suallarına cavab verən sosioloq Rüfət İsmayılzadənin sözlərinə görə, insanların bir-birinə belə aqressiv münasibəti, xüsusən də bunu ictimai nəqliyyatda nümayiş etdirməsi olduqca mənfi haldır:
“İctimai nəqliyyatda davranış qaydaları yazılmayan qanunlara aiddir. Bu nəqliyyatdan gündə minlərlə insan istifadə edir və onların hər biri digərinə hörmət etmək, hətta yeri gələndə diqqət göstərmək, qayğısına qalmaq məcburiyyətindədir. Bu bizim yazılmayan əxlaq kodeksimizdir. İctimai nəqliyyatda kobud davranış, kimisə təhqir etmək yolverilməzdir. Ən azından buna ictimai qınaq olmalıdır. Bilirsiniz, ədəb-ərkan individual məsələdir. Mən uşaq olanda nənəm deyərdi ki, bala, məni avtobusda dindirmə. Çünki qız-gəlinin səsi avtobusda çıxmamalıdır. İndi qızlarımızın qəhqəhəsi bütün avtobusu silkələyir. Bu da nə deməkdir? Ailədən gələn tərbiyə, öyüd-nəsihət yerində deyil... Cəmiyyət ailələrin inikasıdır. Üstəlik, cəmiyyətdə daha səbrli, daha hövsələli olmaq lazımdır. Kimsə kimisə təhqir edə bilməz. Xüsusən də ictimai nəqliyyatda, uşaqların gözü önündə... İctimai nəqliyyatda kiməsə güc göstərmək, təpik atmaq qeyri-insani davranışdır.
Düşünürəm ki, bu məsələdə ilk növbədə ictimai qınaq olmalıdır. Yəni o cür adamlara elə sərnişinlərin özləri də reaksiya verməli, ortamı sakitləşdirməlidirlər. Sonra isə avtobuslardakı kameralar vasitəsilə məsələ araşdırılmalı, inzibati cəza tətbiq olunmalıdır. Fərqi yoxdur, kişi, yoxsa qadın. Hər kəs öz məsuliyyətini anlamalıdır”.