Bakıda “protiv” gedən yük maşını qəza törətdi, ölən var

Bakıda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Qala-Pirallahı yolunda qeydə alınıb.
Maarif Fərəcullayev adlı sürücü idarə etdiyi “Shacman” markalı avtomobillə yolun əks hərəkət zolağına çıxıb. Bu zaman 40 yaşlı Mehdi Rauf oğlu Aslanovun idarə etdiyi “Kia” markalı avtomobil yük maşınının qapısına çırpılıb. Nəticədə M.Aslanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Pirallahı RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.