İki yaşlı uşaq faciəvi şəkildə öldü
30-avq, 14:42 29 CəmiyyətBakıda 2 yaşlı uşaq eyvandan yıxılaraq ölüb.
TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə ötən gün saat 15:20 radələrində baş verib.
Sabunçu təcili tibbi yardım stansiyasının ambulatoriyasına hündürlükdən yıxılaraq xəsarət alan azyaşlı gətirilib. Ona zəruri ilkin tibbi xidmətlər göstərilib. Daha sonra təcili tibbi yardım briqadası tərəfindən 15:56-da ağır travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Həkimlərin səyinə baxmayaraq, 16:50-də ölüm faktı qeydə alınıb.
Bakupost.az-ın məlumatına görə, azyaşlı 09.04.2022-ci il təvəllüdlü Süleymanov Rövşən Həzi oğludur. Onun yaşadığı mənzilin 3-cü mərtəbəsindən yıxıldığı bildirilir.