Avtomobillərin icbari sığortasında yenilik: Ödənişi bu şəxs edəcək
30-noy, 12:12 282 Cəmiyyət“Azərbaycandakı avtomobillərin 90%-dən çoxu avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanıb”.
Report xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.
“Bu səbəbdən də həmin sığorta növü üzrə sığorta şirkətlərinə müraciətlər çoxdur. Bu sahədə yeniliklər olacaq. Biz beynəlxalq təcrübəni öyrənirik. Hazırda belədir ki, sığorta hadisəsi olanda zərər görənə zərər verən kompensasiya ödəyir. Amma biz nəzərdə tutmuşuq ki, zərər görən öz sığorta şirkətinə müraciət etsin və bu da məsuliyyəti artıracaq”, - deyə o, qeyd edib.