Bu ilin ikinci Günəş tutulması başlayıb

bu-ilin-ikinci-gunes-tutulmasi-baslayib
Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb. 
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından “Qafqazinfo”ya verilən məlumata görə, bu, qismən Günəş tutulmasıdır.
Tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq.
Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq.