Berlində qadınlara sinəsiaçıq üzməyə icazə verildi

Berlində qadınlara şəhər hovuzlarında kişilər kimi sinə hissəsi çılpaq üzməyə icazə verilib.
Qərarın zərif cinsin kişilərlə hüquq bərabərliyinin təmin olması məqsədi daşıdığı bildirilib.
Qeyd olunub ki, bundan sonra qadınlar da kişilərlə bərabər sinəsiaçıq vəziyyətdə Berlinin ictimai hovuzlarında üzə biləcəklər.
Qərarı şərh edən şəhər hakimiyyəti gender bərabərliyinə mümkün olan bütün sahələrdə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Mənbə: Oxu.Az