ABŞ vətəndaşlarının əksəriyyəti Baydenin yenidən seçilməsini istəmir
07-apr, 08:28 155 DünyaAprelin 6-da CNN tərəfindən yayımlanan sorğuya əsasən, ABŞ vətəndaşlarının az bir qismi hazırkı prezident Co Baydenin qarşıdan gələn 2024-cü il seçkilərində yenidən seçilməyə layiq olduğunu düşünür.
Mart ayında keçirilən sorğuya görə, rəyi soruşulanların yalnız 32%-i Baydenin yenidən seçilməsini dəstəkləyir.
Gənc nəsil (35 yaşa qədər) arasında bu göstərici daha da aşağıdır - 26%.
Həmçinin, Baydenin populyarlığının ciddi şəkildə azalması liberal düşüncəli mühitdə də qeydə alınır. Dekabrda liberal respondentlərin 63%-i təkrar seçkiləri dəstəkləyib, martda isə bu rəqəm 53%-dək azalıb.
Araşdırmaya görə, Ağ Ev rəhbərinin ümumi reytinqi bu ilin yanvarı ilə müqayisədə üç faiz bəndi azalaraq 42%-ə düşüb.
Qeyd edək ki, sorğu elektron poçt və telefon vasitəsilə aparılıb. Tədqiqatda təxminən 1,6 min yetkin ABŞ vətəndaşı iştirak edib.